Hərbçilərimiz Türkiyədə terrorçularla mübarizə təlimlərində iştirak etdi - Fotolar

herbcilerimiz-turkiyede-terrorcularla-mubarize-telimlerinde-istirak-etdi
Oxunma sayı: 1515

Azərbaycanlı hərbçilər Türkiyədə təşkil edilmiş terrorçulara qarşı mübarizə təlimlərində iştirak ediblər.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Facebook” səhifəsində yazılıb.

Məlumatda bildirilir:: "Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzinin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun üzvləri olan qardaşlarımıza "Terrorçuyla mübarizə və hava hücumu hərəkatı" üzrə təlimlər keçilib".