Hərbçilərimizin qatıldığı “Anadolu Qartalı – 2022” təlimindən - Fotolar

herbcilerimizin-qatildigi-anadolu-qartali-2022-teliminden
Oxunma sayı: 1123

Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında qeyd edilib:

“Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi Konyadakı III Əsas Qırıcı Bazasının Komandanlığında davam edir. Dost və müttəfiq ölkələrin iştirakı ilə gerçəkləşdirilən təlimlər iyulun 1-dək davam edəcək”.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları və aviasiya vasitələri təmsil edir.