Hərbçilərimizin Türkiyədəki təlimlərindən - Video

herbcilerimizin-turkiyedeki-telimlerinden
Oxunma sayı: 1250

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq təlimdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Tapşırıqların icrası zamanı hərbi pilotlarımızın peşəkarlığı sayəsində şərti düşmənin yerüstü hədəfləri məhv edilib.

Təlim iyulun 3-dək davam edəcək.