Hərbçilərin ölümünə səbəb olan leytenanta 4 il cəza

Hərbçilərin ölümünə səbəb olan leytenanta 4 il cəza
Oxunma sayı: 265

Cəlilabad Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, Həsənov məhkəmənin hökmü ilə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, bu il fevralın 27-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 137-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində Akif Zeynalovun idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu Ehtiram Həsənovun idarə etdiyi "VAZ 2107" markalı maşınla toqquşmuşdu.

Nəticədə "VAZ 2107"-də olan, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissənin zabiti, baş leytenantı hadisə yerində dünyasını dəyişmişdi.

Avtomobildə olan digər hərbiçilər - leytenant Pərviz Əliyev və sürücü, tağım komandiri, leytenant Ehtiram Həsənov ağır xəsarət almışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi