Hərbçimiz Kəlbəcərdə göldə boğulub

herbcimiz-kelbecerde-golde-bogulub
Oxunma sayı: 4402

Azərbaycan Ordusunun hərbi qulluqçusu kapitan Fərzəliyev İlham Allahverdi oğlu Kəlbəcərdə göldə çimərkən boğularaq həlak olub.

"Qafqazinfo"nun sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat təsdiqlənib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, İlham Fərzəliyev Vətən müharibəsində iştirak edib və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.