“Hərbçimiz snayper atəşindən həlak olub”- - Müdafiə Nazirliyi

herbcimiz-snayper-atesinden-helak-olub-
Oxunma sayı: 1268


“Qafqazinfo”nun xəbərinə görə, nazirliyin məlumatında deyilir ki, iyulun 31-də saat 17.00 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar: “Döyüş mövqeyində təhlükəsizlik qaydalarının pozulması nəticəsində Silahlı Qüvvələrimizin 1992-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu düşmən tərəfindən açılan snayper atəşindən həlak olub”.