Hərbçimiz ürək çatışmazlığından vəfat etdi

herbcimiz-urek-catismazligindan-vefat-etdi
Oxunma sayı: 4408

Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından dünyasını dəyişib.

Bu barədə Müdafiə Nazirliyindən "Qafqazinfo"ya bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlu bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.