Hərbi attaşelər Gəncəyə gedir

Hərbi attaşelər Gəncəyə gedir
Oxunma sayı: 2978

Azərbaycandakı diplomatik korpusun nümayəndələri və ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər Ermənistan tərəfindən raket hücumuna məruz qalan Gəncə şəhərinə aparılır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tvitter hesabında məlumat verib.

"Diplomatik korpus və hərbi attaşelərlə Gəncəyə gedirik. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın mülki şəxslərinə qarşı barbar əməllərini görsün. Ermənistan öz məsuliyyətindən qaça bilməz",-deyə H. Hacıyev qeyd edib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi