Hərbi attaşelərə erməni təxribatı ilə bağlı materiallar təqdim edilib

herbi-attaselere-ermeni-texribati-ile-bagli-materiallar-teqdim-edilib
Oxunma sayı: 1078

Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki Assosiasiyasının növbəti toplantısı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantıda Assosiasiyanın daxili məsələləri müzakirə olunub və bir sıra qərarlar qəbul edilib.

Bundan əlavə, Assosiasiyanın üzvlərinə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki cari vəziyyət barədə danışılıb, Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin aramsız pozulmasını əks etdirən materiallar, eləcə də məsələyə dair Azərbaycan hökumətinin rəsmi mövqeyi və Müdafiə Nazirliyinin məlumatı təqdim olunub.

Müdafiə nazirinin təsdiq etdiyi Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin 2016-cı il üçün Tədbirlər Planına əsasən, növbəti fəaliyyətlərin həyata keçirilməsinin gedişi müzakirə edilib.