ABŞ Nümayəndələr Palatası 2018-ci il üçün nəzərdə tutulan 658 milyard dollarlıq hərbi müdafiə büdcəsini təsdiq edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nümayəndələr Palatası prezident Donald Trampın tələbi üzrə büdcəni 27 milyard dollar artırıb.
Müdafiə büdcəsi Meksika sərhəddinə tikiləcək 1,6 milyard dollarlıq təhlükəsizlik divarının xərclərini də əhatə edir.
Qeyd edək ki, Tramp bu barədə prezident seçkilərindən öncə söz vermişdi.
Son xəbərlər
Son Xəbərlər