Hərbi cinayətlər nə qədər azalıb? - Rəsmi

herbi-cinayetler-ne-qeder-azalib
Oxunma sayı: 2030

“2020-ci ilin 10 ayı ilə müqayisədə, 2021-ci ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 34,3 faiz azalıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin “Mükəmməl siyasətdən doğan humanistlik” sərlövhəli məqaləsində deyilir.

“Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 23,5 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 49,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 28,6 faiz azalıb”, - F.Əliyev qeyd edib.