Hərbi cinayətlərin üstü 100 faiz açılıb

herbi-cinayetlerin-ustu-100-faiz-acilib
Oxunma sayı: 2910

Hərbi Prokurorluq orqanlarının keçirdiyi tədbirlər nəticəsində bu ilin yanvarında qeydə alınmış cinayətlərin üstü 100 faiz açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib.

O qeyd edib ki, görülmüş işlər, eləcə də Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla birgə tədbirlər nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə qeydə alınan cinayətlər 22,2 faiz azalıb: “O cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 51,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz və ölümlə nəticələnən özünü öldürmə həddinə çatdırma cinayətləri 33,3 faiz azalıb”.