Hərbi Hava Qüvvələri Naziri qadın oldu

herbi-hava-quvveleri-naziri-qadin-oldu
Oxunma sayı: 831

ABŞ Konqresinin Senatı mayın 8-də keçirdiyi iclasda Hizer Uilsonu Hərbi Hava Qüvvələri Naziri postuna namizədliyini təsdiqləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərarın lehinə yuxarı palatanın 76, əleyhinə 22 üzvü səs verib, daha iki nəfər isə səsvermədə iştirak etməyib.

Qeyd edək ki, prezident Donald Tramp Hizer Uilsonun namizədliyini yanvarın 23-də irəli sürüb. Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, o, 2013-ci ildən indiyədək amerika universitetlərinin birinin prezidenti olub.