Hərbi Hava Qüvvələri S-300 raketləri ilə hədəfi belə vurur- - Video

herbi-hava-quvveleri-s-300-raketleri-ile-hedefi-bele-vurur-
Oxunma sayı: 2523


“Qafqazinfo”nun xezerxeber.com-a istinadən məlumatına görə, görüntülər Müdafiə Nazirliyi Hərbi Hava qüvvələrinin təlimlərindəndir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinin təlimləri plana uyğun olaraq davam edir.

Təlimin ssenarisinə əsasən, hava məkanını pozan şərti düşmən aşkarlanaraq, onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb.

Hava hədəfləri izlənməyə götürülüb və S-300 PMU və S-125 2TM tipli zenit raket komplekslərinin şərti atəş zərbələri ilə şərti düşmən dərhal məhv edilib.

Hərbi Hava qüvvələrinin təlimləri davam edir