Hərbi-Hava Qüvvələrinin generalından Maduroya zərbə - Video

herbi-hava-quvvelerinin-generalindan-maduroya-zerbe
Oxunma sayı: 4280

Venesuela Hərbi-Hava Qüvvələrinin generalı Fransisko Esteban Yanes Rodriqes ölkə parlamentinin spikeri Xuan Quaidonu prezident kimi tanıyıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tvitterdə yayılmış video-müraciət deyilir.

“Bu gün böyük qürurla deputat Xuan Quaidonu Venesuelanın prezidenti kimi tanıyıram və bundan etibarən onun əmrlərini yerinə yetirməyə hazır olduğumu bildirirəm”, - deyə general söyləyib.