Hərbi helikopter qəzaya uğrayıb

herbi-helikopter-qezaya-ugrayib
Oxunma sayı: 1038

Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus helikopteri Herrero ştatında qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın təhlükəsizliyi üzrə koordinasiya qrupunun nümayəndəsi Roberto Alvares Erediya deyib.

Müdafiə Nazirliyi helikopterin 10:40-da qəzaya uğramasını təsdiq edib.

Artıq xilasetmə əməliyyatlarına başlanılıb.

Hadisə nəticəsində ölənlər barədə məlumat verilmir.