Hərbi hissədəki hadisə ilə bağlı cinayət işi açıldı

herbi-hissedeki-hadise-ile-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 2948

Müdafiə Nazirliyi iyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə nəticəsində iki hərbi qulluqçunun həlak olması ilə bağlı məlumat yayıb. 

Hərbi Prokurorluqdan "Qafqazinfo"ya daxil olan məlumata görə, fakt üzrə cinayət işi başlanılaraq hərbi prokurorluğun işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Cinayət işinin istintaqı Hərbi Prokurorluğun rəhbərliyinin nəzarətindədir.