Hərbi hissədən qaçan əsgər özünü güllələdi

herbi-hisseden-qacan-esger-ozunu-gulleledi
Oxunma sayı: 2949

Bu gün səhər saatlarında Rusiyanın Tver diyarında yerləşən Rjev şəhərində hərbi hissələrdən birində xidmət edən əsgər qaçıb.

“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, Rusiya Aerokosmik Qüvvələrində hərbi xidmət keçən 1991-ci il təvəllüdlü əsgərin axtarışlar zamanı üzərindəki silahla özünü güllələdiyi müəyyənləşib.

Faktla bağlı cinayət işi açılıb.