54 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Nəsimi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsinə start verilib.
Nəsimi İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir. Bu kimi oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir.
Yarışda hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız) olmaqla 8 - 10-cu sinif şagirdləri iştirak edib. Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınamış, hər bir komandanın xalı münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib.
Yarışın nəticələrinə görə 23 saylı tam orta məktəbin komandası I yerə, 42 saylı tam orta məktəbin komandası II yerə, Bakı Atatürk Liseyin komandası II yerə, 151 saylı tam orta məktəbin komandası IV yerə layiq görülüb. Qalib komaanda Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb.


Son xəbərlər
Son Xəbərlər