Hərbi maşın dərəyə aşıb - Ölən və yaralananlar var

herbi-masin-dereye-asib
Oxunma sayı: 743

Rumıniyada hərbi avtomobil dərəyə yuvarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli Agerpress agentliyi məlumat yayıb.

İnsident Dambovişora şəhəri yaxınlığında qeydə alınıb. Qəza nəticəsində avtomobil 40 metr hündürlükdən dərəyə yuvarlanıb. Hadisə zamanı maşında 13 hərbçi olub. Xilasedicilər 10 hərbçinin həyatını xilas ediblər. Yaralılar artıq xəstəxanaya yerləşdirilib. Onlardan 6-sının vəziyyətinin ağır olduğu vurğulanıb. Daha 3 hərbçinin isə həlak olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.