Novruz bayramı ərəfəsində Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və tabe hərbi prokurorluqların rəhbər vəzifəli şəxsləri Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumların yüksək rütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənimizin müxtəlif bölgələrində, o cümlədən 30 ilə yaxın işğal altında olmuş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.
Hərbi Prokurorluğun mətbuat xidmətindən "Qafqazinfo"ya bildiriblər ki, görüşlərin iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Daha sonra onların qayğı və problemləri ilə maraqlanılıb, hərbi hissələrə müxtəlif məişət-elektrik avadanlığı, bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.
Sonda Novruz tonqalları alovlandırılıb.



Son xəbərlər
Son Xəbərlər