Hərbi Prokurorluqda görüş keçirildi - Fotolar

herbi-prokurorluqda-gorus-kecirildi
Oxunma sayı: 1865

8 Noyabr - Zəfər Günü münasibətilə bu gün Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilərlə görüş keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə olan dərin ehtiramlarını ifadə ediblər.

Tədbirdən öncə mərasim iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.

Hərbi prokuror Xanlar Vəliyev Vətən müharibəsində iştirak etməklə xidməti vəzifələrini layiqincə icra edən şəxslərə dərin təşəkkürünü bildirib.