“Qafqazinfo” xəbər verir ki, şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib. O, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu qeyd edib.
Səbaillilərlə birgə bu görüşdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov ön cəbhədə, düşmənlə təmas xəttində xidmət edən əsgər və zabitlərimizin bayramını təbrik etmiş, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulayıb.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.
Sonra incəsənət ustalarının konsert proqramı təşkil olunub.
Qeyd edək ki, tədbirdə Respublika Hərbi Prokurorluğunun şöbə rəisi Nazim Novruzov da iştirak edib və o, əsgərlərə qiymətli hədiyyələr də təqdim edib.
Son xəbərlər
Son Xəbərlər