Hərbi qulluqçularımız Beynəlxalq Ordu Oyunlarında iştirak edəcəklər - Fotolar

Hərbi qulluqçularımız Beynəlxalq Ordu Oyunlarında iştirak edəcəklər
Oxunma sayı: 1018

Hərbi qulluqçularımız “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Federasiyasında səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bundan başqa hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku", o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi" (İran) müsabiqələrində də iştirak edəcəklər.