Venesuela prezidenti Nikolas Maduro Xuan Quaydoun başçılığı ilə müxalifətin çevrilişə cəhdinə münasibət bildirib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Maduro bütün hərbi rəhbərliyin ölkə hökumətinə sadiq olduğunu bəyan edib:
“Dəmir əsəb... Mən bütün regionların inteqral (REDİ) və zona inteqral müdafiə (ZODİ) rəhbərləri ilə danışdım. Onlar mənə tam əminliklə bildirdilər ki, xalqa, konstitusiyaya və vətənə sadiqdirlər. Xalqı sülhün qələbəsi üçün maksimum səfərbərliyə çağırıram. Biz qazanacağıq”.
Son xəbərlər
Son Xəbərlər