İranın İsfahan əyalətində, Nain-Ardestan magistralından 70 km uzaqlıqda “PC7” tipli hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təyyarənin hər iki pilotu hadisə nəticəsində yaralanıb. Onlar müxtəli dərəcəli bədən xəsarətləri ilə İsfahan dövlət xəstəxanasına yerləşdiriliblər.
Qəzanın baş verməsinə səbəb kimi mühərrikin sıradan çıxması göstərilir.
Son xəbərlər
Son Xəbərlər