Hərbi təyyarə qəzaya düşdü - İki pilot xilas oldu

herbi-teyyare-qezaya-dusdu
Oxunma sayı: 1356

Yunanıstanın Mora yarımadasında yerləşən Kalamata şəhərində hərbi təyyarə qəzaya düşüb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, T-2 tipli təyyarə texniki səbəblərdən aşağı enməyə başlayıb.

Avtomatik xilasetmə sistemini işə salan iki pilot xilas ola bilib. 

Qəzadan sonra hadisə yerinə araşdırma qüvvələri cəlb edilib.