Kubanın Artemisa şəhərində hərbi təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ciber Cuba” portalı məlumat yayıb.
İlkin məlumata görə, qəza çətin gedilə bilən ərazidə baş verib. Təyyarə "Aerogravita" şirkətinə məxsus olub.
Associated Press-in məlumatına görə, söhbət hərbi təyyarədən gedir. Onun göyərtəsində 8 hərbçi olub.
Müdafiə Nazirliyi faktı təsdiq edib. Qəza nəticəsində heyət üzləri və hərbçilərin hamısı dünyasını dəyişib.
***
Kubada göyərtəsində 39-dək sərnişinin olduğu “An-26” tipli sərnişin təyyarəsi radarlardan itib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NTN24 kanalı məlumat yayıb.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
Son xəbərlər
Son Xəbərlər