“Hərdən deputatlar mənə “cənab sədr” də deyirlər”

herden-deputatlar-mene-cenab-sedr-de-deyirler
Oxunma sayı: 3432

Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov parlamentin spikeri Sahibə Qafarovaya “xanım sədr” deyilməsinə irad bildirib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Novruzov deyib ki, bu ifadə rus və ingilis dillərində müraciət formasıdır: “Azərbaycan dilində “hörmətli sədr” deyilməlidir”. 

Sahibə Qafarova isə məsələyə belə münasibət bildirib: “Hərdən mənə “cənab sədr” də deyirlər”.