Herisçinin vəziyyəti necədir? - Yenilənib

heriscinin-veziyyeti-necedir
Oxunma sayı: 5085

Tanınmış jurnalist, yazıçı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.

Bu barədə “Qafqazinfo”ya xəstəxanadan məlumat verilib. Bildirilib ki, hazırda onun səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.

Həmid Herisçinin vəziyyəti TƏBİB və Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin diqqətindədir.

Qeyd edək ki, 1960-cı il təvəllüdlü Həmid Herisçi qızılcaya yoluxub. O, ötən gün saat 18:15 radələrində təcili tibbi yardım avtomobili vasitəsilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.

***

Jurnalist İlhamiyyə Rza da həyat yoldaşı Həmid Herisçinin səhhətində yaxşılaşma olduğunu təsdiqləyib: “Həmidlə danışdım, səsi zəif gəlsə də hiss etdim ki, nikbinləşib. İntensiv terapiya öz nəticəsini verir. Qızdırması bu gün yoxdur”.