Heroin və tərəzi aşkar edildi - Narkotik alverçiləri

heroin-ve-terezi-askar-edildi
Oxunma sayı: 1551

Bakıda metriostansiyaların birində Xırdalan şəhər sakini olan qadının mobil telefonu oğurlanıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla qadının “Samsung Galaxy S6” markalı telefonunun metronun “Elmlər Akademiyası” stansiyasında qatara minərkən gödəkçəsinin cibindən oğurlanması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. Oğurluğun 3 nəfər tərəfindən törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli bilinən şəxslər saxlanılıblar.

Onların Elnur Hüseynov, əvvəllər məhkum olunmuşlar Emil Məmmədov və Əli Həsənov olduqları məlum olub.

Saxlanılanlar bu əməli narkotikin təsiri altında etdiklərini və oğurladıqları həmin telefonu satdıqlarını etiraf ediblər.

Onların narkotik vasitəni əldə etdikləri mənbə də qısa zamanda müəyyən edilib və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Zaur Əzizov da saxlanılıb. Baxış zamanı onun üzərindən 10 bükümdə narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Murad Əhməd