Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İlqar Hacıyev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 büküm heroin aşkar edilib. İ.Hacıyev narkotik vasitəni şəxsi istifadəsi üçün Binə qəsəbəsində yaşayan Namiq Ağayev adlı şəxsdən aldığını bildirib.
Narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən N.Ağayev də saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 471,745 heroin və 21,730 qram metamfetamin aşkar edilib.

Son xəbərlər
Son Xəbərlər