Hərrac keçiriləcək

herrac-kecirilecek
Oxunma sayı: 659

Aprelin 4-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, istiqrazların ümumi həcmi 20 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 91 gündür. İstiqrazlar iyulun 4-də ödəniləcək. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.