Fevralın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, hərraca 18 səhmdar cəmiyyəti, 4 qeyri-yaşayış sahəsi, 4 kiçik dövlət müəssisəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Ağdaş, Goranboy, Xaçmaz rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 64 min 900 manata olan Xaçmaz rayonunda yerləşən “Nərəcan kənd Mədəniyyət evi”-dir. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 959.3 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 6260 kv.m.-dir.
Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 65 min manata Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış binası da var. Qeyd olunan əmlak torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Qeyri yaşayış binasının ümumi faydalı sahəsi 235.7 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 276.5 kv.m-dir.
Bu dəfəki hərracda 18 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər