II Yelizavetanın həyat yoldaşı, 95 yaşlı hersoq Filipp bu ilin payızında ictimai fəaliyyətdən uzaqlaşır.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, qərarı hersoq Edinburqskinin özü qəbul edib, şahzadə isə həyat yoldaşını bu mövzuda dəstəkləyib.
“Şahzadə Filipp öncədən planlaşdırılmış səfərlərini xanımı ilə avqusta qədər gerçəkləşdirəcək. Daha sonra isə bəzi ictimai tədbirlərdə iştrak edəcək”, -deyə sarayın rəsmi bəyanatında bildirilib.
Filippin istefasının konkret səbəbi bilinmir.
Qeyd edək ki, hersoq Filipp 780-dən çox təşkilatın prezidentidir.
Son xəbərlər
Son Xəbərlər