“Qafqazinfo” xәbәr verir ki, meydan sahiblәrinin baş mәşqçisi Elbrus Mәmmәdov oyun haqda fikirlәrini bildirib:
“İki tam fәrqli hissә gördük. Matçın ilk 15 dәqiqәsindә üstün idik. Vobayın ustalıqla vurduğu qol rәqibә üstünlük yaratdı. Sankonun qırmızı vәrәqә almasından sonra komandam toparlandı. Fasilәdә dә tapşırıq verdik ki, standart vәziyyәtlәrdәn istifadә etmәk lazımdır. Hesabı bәrabәrlәşdirә bildik”.
Oyundan sonra qonaq komandanın baş mәşqçisi Arif Әsәdov da matç haqqında təəssüratlarını bölüşüb:
“Bu gün ilk hissәdә nə qədər yaxşı oyun keçirdiksә, ikinci hissәdә bir o qәdәr pis oynadıq. Qol vәziyyәtlərimiz oldu, istifadә etmәdik. Hesab 0:5 dә ola bilәrdi. Amma yararlana bilmәdik. Hazırlaşıb qarşıdakı oyunda kubok matçında “İnter”ә qalib gәlmәliyik. 10 nәfәrlә rәqibin hesabı bәrabәrlәşdirmәsi futbolçularımın arxayınlaşmasından da irәli gәlә bilәrdi. Oyunun fasilәsindә 2 il bundan öncә 2:2 başa çatan oyunu da xatırladıq. Amma xeyri olmadı”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər