Hesab açılmadı

hesab-acilmadi
Oxunma sayı: 1180

Bakının "İnter" klubu bu gün Türkiyə toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Qafqazinfo” xəbər verir ki, Zaur Svanadzenin komandası Türkiyə PTT I Liqa təmsilçisi "Elazığspor"la üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb - 0:0.

Qeyd edək ki, "İnter" ilk yoxlama görüşündə "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəlib. Paytaxt klubu iyulun 24-də Super Liqa təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşacaq.