Həsən Əliyev uduzdu, Çunayev və Hüseynov bu gün başlayır

hesen-eliyev-uduzdu-cunayev-ve-huseynov-bu-gun-baslayir
Oxunma sayı: 1932

Sentyabrın 7-də ABŞ-ın Las Veqas şəhərində start götürən güləş üzrə dünya çempionatı davam edir. “Qafqazinfo” xəbər verir ki, hələlik ancaq yunan-roma güləşçilərinin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan idmançıları da çıxışını davam etdirir.

Dünən 3 idmançımız mübarizəyə qoşulub.

66 kq çəki dərəcəsində Həsən Əliyev rusiyalı Artyom Surkova elə 1/32 final mərhələsində 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

98 kq-da Orxan Nuriyev yunanıstanlı Laokvatis Kessidislə mübarizədə 2:7 hesabı ilə uduzub.

İlk yarış günündə yığma komandamızın üzvü Elvin Mürsəliyev 75 kq çəki dərəcəsində Olimpiya Oyunlarına lisenziya qazanıb.

İkinci yarış günündə isə 59, 71, 80 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. İlk görüşlər Bakı vaxtı ilə, saat 22:00-da, final görüşləri növbəti gün səhər saat 06:30-da başlayacaq.

59 kq
1/16 final - Rövşən Bayramov - Singh Ravinder (İND)

71 kq
1/16 final - Rəsul Çunayev - Frank Hassli (MON)

80 kq
1/16 final - Rafiq Hüseynov - Yevgeni Saleyev (RUS)

130 kq
1/8 final - Sabah Şəriəti - Lam (HUN) / Aliyarifeiza (İRİ)