“Qafqazinfo”nun xəbərinə görə, “Media forum” saytına danışan Adil Hüseynli Gəncədəki 2 saylı İstintaq Təcridxanasının rəhbərinə ərizə ilə müraciət etdiyini, ona şüşə arxasında görüş verildiyini deyib: “Həsənin səhhəti normaldır, saxlanma şəraitindən narazılıq etmir. Əhvalı da çox yaxşı idi, nikbin görünürdü. Həsən şikayətcil adam deyil. Orucunu da davam etdirir. Onu belə görüb bir az rahatlandım. Amma hər halda təcridxanadadır.
Həsən əmindir ki, haqq yerini tutacaq. Deyir mən günahsızam, mənə böhtan atıblar, ona görə apellyasiya məhkəməsinə ümid edirəm. İnanmır ki, onu tanıyanlar arasında bir nəfər belə haqlı olduğuna şübhə eləsin. Növbəti instansiyada günahsızlığının sübuta yetiriləcəyini, yalançı şahidlərin ifşa olunacağını, saxta ittihamın üstünün açılacağını gözləyir”.
Həsən Hüseynli silah tətbiq etməklə xuliqanlıq və qanunsuz olaraq soyuq silah gəzdirmə ittihamı ilə məhkum olunub. İstintaq müddətində polis nəzarətində olan Həsən Hüseynli iyulun 14-də Gəncənin Nizami Rayon Məhkəməsində 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Hökmə görə, QHT rəhbəri bu il martın 31-də Gəncə sakini Arzu Qəhrəmanovu bıçaqla yaralayıb.
Son xəbərlər
Son Xəbərlər