Həsən Ruhani İraqa səfər edib

hesen-ruhani-iraqa-sefer-edib
Oxunma sayı: 746

İran Prezidenti Həsən Ruhani İraqın paytaxtı Bağdadda səfərdədir.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, İraq prezidenti Bərham Saleh qonağı iqamәtgahında qarşılayıb.

Liderlәr mətbuata qapalı keçirdiklәri görüşdәn sonra birgə mətbuat konfransında çıxış ediblәr.

B.Saleh ölkəsində terror təhdidinin hələ dә davam etdiyini bildirərək İranı əməkdaşlığa dəvət edib.

H.Ruhani isə İraqın ikinci Vətən olduğunu və əlaqələri gücləndiməyin vacibliyini bildirib.

Qeyd edək ki, görüşdə siyasәt, ticarət, investisiya, müştərək sənaye bölgəsi, turizm, türbə ziyarətləri, neft, elektrik, təbii qaz, bank, nəqliyyat, regional və beynəlxalq məsələlərdə əməkdaşlıqla bağlı razılaşmalar əldə edilib.