İran prezidenti Həsən Ruhani yanvarın 26-da Vatikanda Roma Papası Fransisklə görüşüb.
“Qafqazinfo” azadliq.org-a istinadən xəbər verir ki, Ruhani Papaya İranın müqəddəs Qum şəhərində əllə toxunulmuş 1,2 metrlik Fars xalçası, Papa isə ona üzərində müqəddəs Martin of Toursun şəkli olan medal bağışlayıb.
Qeyd edək ki, Həsən Ruhani yanvarın 26-dan İtaliyada rəsmi səfərdədir və artıq xəbər verdiyimiz kimi, yanvarın 25-də iki ölkə arasında bir sıra ticarət sazişləri imzalanıb.
Ruhani, həmçinin bir sıra biznes liderləri ilə görüşüb, İranın regionda ən sabit və təhlükəsiz ölkə olduğunu deyib.
İran prezidenti yanvarın 28-də İtaliyadan Fransaya yollanacaq.
Son xəbərlər
Son Xəbərlər