Həsən Ruhani Xəzərdən danışdı

hesen-ruhani-xezerden-danisdi
Oxunma sayı: 1024

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Tehranda Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul edərkən bildirib.

Onun sözlərinə görə, sahilyanı ölkələr Xəzər dənizinin hüquq statusunun müəyyənləşdirilməsi üçün əməkdaşlığı artırmalıdır: “Dənizin ətraf mühitinin mühafizəsi, ekosisteminin qorunması, təhlükəsizliyinin təmin edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi üçün sahilyanı ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir”.