Həsən Ruhanidən neftlə bağlı - Proqnoz

hesen-ruhaniden-neftle-bagli
Oxunma sayı: 5014

İran prezidenti Həsən Ruhani neftlə bağlı proqnozunu açıqlayıb.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, Ruhaninin sözlərinə görə, neft uzun müddət belə ucuz qalmayacaq, tezliklə bazarda balans yaranacaq.

“Neftin qiyməti aşağı səviyyədədir. Düşünmürəm ki, bu, uzun müddət belə davam etsin... Neft istehsal edən ölkələrə təzyiqlər qısa müddətdə balansın geri qayıtmasına gətirib çıxaracaq”, - Ruhani Fransanın beynəlxalq əlaqələr institutundakı çıxışında deyib.