“Həsrətindəyəm” təqdim edildi - Video

hesretindeyem-teqdim-edildi
Oxunma sayı: 1517

Bəstəkar Sevinc Tofiqqızı “Həsrətindəyəm” kompozisiyasına çəkdirdiyi klipinə təqdimat edib.

"Qafqazinfo"nun məlumatına görə, ekran işinin rejissoru Rauf Sahiboğlu, aranjimanı isə Osman Həmidova həvalə edilib.

Tədbirdə media nümayəndələrinin suallarını cavablandıran S.Tofiqqızı yeni layihəsindən bəhs edib:

“Həsrətindəyəm” kompozisiyasını mən Azərbaycanıma, vətənimə həsr eləmişəm. Qürbətdə yaşayan azərbaycanlılarımız hər zaman vətən həsrəti ilə yaşayıblar. Özüm də başqa ölkəyə səfər edəndə məni vətən həsrəti çəkir. Xalqımı, Azərbaycanımı çox sevirəm. Bu əslində mənim ilk əsərim olub. Kompozisiyanı ilk dəfə bəstəkarımız Rühəngiz Qasımovaya göstərdim, bəyəndi və mənə uğurlar dilədi. Bu sənətə davam etməyimi məsləhət gördü”.