“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində açılış mərasimindən əlavə Həştərxan nümayəndə heyəti müxtəlif idman növləri üzrə yarışları, xüsusilə də Həştərxan idmançılarının da daxil olduğu Rusiya yığmasının qatıldığı yarışları izləyəcəklər. Qeyd edək ki, bütün Rusiyada olduğu kimi Həştərxan vilayətində də Bakıda keçirilən Avropa Oyunları böyük maraqla qarşılanır və dəstəklənir. Belə ki, Bakı - 2015 Birinci Avropa Oyunlarına dəstək kampaniyası çərçivəsində Rusiya Federasiyasının Həştərxan şəhərində bu Oyunlarının açılış mərasimi ərəfəsində dəstək aksiyası keçirilib.
Son xəbərlər
Son Xəbərlər