Aksiya Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan bölməsinin və AMOR-un Həştərxan bölməsinin təşkilatçılığı ilə şəhərin mərkəzində yerləşən Heydər Əliyev adına parkda təşkil olunub.
Aksiya iştirakçılarına Olimpiya obyektləri, idman qurğuları, Milli Olimpiya Stadionu, şəhərdə görülən yenidənqurma işləri barədə geniş məlumat verilib. Əsas diqqət Avropa Oyunlarına görülən hazırlıq işlərinə yönəldilib. Həmçinin tədbir zamanı gənclər tərəfindən Birinci Avropa Oyunlarını əks etdirən geyimlərdə fleşmob keçirilib və iştirakçılara Oyunlara aid suvenirlər və broşurlar paylanıb.
Tədbirdə Həştərxan vilayəti və şəhərinin administrasiyasının nümayəndələri, şəhər sakinləri, AMOR-un üzvləri, Həştərxanda yerləşən Heydər Əliyev adına məktəbin kollektivi və şagirdləri, yerli diaspora nümayəndələri iştirak ediblər.
Birinci Avropa Oyunlarında Həştərxan idmançılarının iştirakını, tarixən Azərbaycan - Həştərxan dostluq münasibətlərini, son illər ərzində Azərbaycan, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən Həştərxanda geniş miqyaslı layihələrin həyata keçirilməsini nəzərə alaraq bu dəstək aksiyası Həştərxan sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Bakı - 2015 Birinci Avropa Oyunları açılış mərasimində istirak etmək üçün Həştərxan vilayətinin qubernatoru A.Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti Oyunların Təşkilat Komitəsi tərəfindən dəvət olunub.
Son xəbərlər
Son Xəbərlər