Rusiya Federasiyasının Həştərxan vilayətində Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi ilə bağlı vilayətin qubernatoru A.Jilkin tərəfindən təsdiq edilmiş tədbirlər planı çərçivəsində bu gün Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı orta məktəbində bir sıra açıq dərslər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bütün dərslərdə şagird və müəllimlərlə yanaşı Ümumrusiya Azərbaycanlıları Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynov, diaspora nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şagirdlərə Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycanın qurulmasında və inkişafında, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında onun əvəzsiz rolundan danışılıb. Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın təzahürüdür.
Öz növbəsində şagirdlər açıq dərslərə yaradıcılıqla yanaşaraq yerli azərbaycanlılardan müsahibələr götürmüşlər və “Heydər Əliyevin xatirəsinə” adlı qəzet hazırlayıblar.
Son xəbərlər
Son Xəbərlər