Həştərxanda Rusiya Qvardiyasının əməkdaşlarına naməlum şəxslər avtomobildən atəş açıblar.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Həştərxanda öldürülmüş iki polis əməkdaşının qatilləri saxlanılması ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində şəhərin bir sıra yerlərində polis postları qurulub. Lenin rayonundakı postlardan birində Rusiya Qvardiyasının 3 əməkdaşı açılmış atəş nəticəsində yaralanıb.
Hücum edənlər də 3 nəfər olub və onlardan birinin atışma zamanı öldürülüb”,-deyə məlumatda bildirib.
Hücum edənlərin polis əməkdaşlarını qətlə yetirmiş qatillər olduğunu istisna edilməyib.
Son xəbərlər
Son Xəbərlər