“Qafqazinfo” xəbər verir ki, direktor təbrik məktubunda məktəbin müəllim kollektivi, öyrənciləri və onların valideynləri adından doğum günü münasibəti ilə təbrik edib: “Sizə uzun illər boyu bu qədər füsünkar, müdrik və enerjili olmanızı arzulayırıq. Qoy Sizin xeyirxah işlərinizdə hər zaman uğurlar qismətiniz olsun və hər zaman etibarlı dostlarınız yanınzda olsun. Biz hər zaman Sizi öz məktəbimizdə görməkdən çox şad olarıq”.
Qeyd edək ki, Rusiya Federasiyasının Həştərxan vilayətində Heydər Əliyev Fondu davamlı olaraq iri layihələr həyata keçirir və Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti ilə Həştarxan şəhəri arasında geniş iqtisadi və sosial əlaqələr mövcuddur.
***
Həmçinin, Ümumrusiya Azərbaycanlılarının Konqresinin Həştərxan regional təşkilatı və AMOR-un regional təşkilatı adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya da təbrik məktubu ünvanlanıb. Məktubda qeyd olunub:
“Ümumrusiya Azərbaycanlılarının Konqresinin regional təşkilatı və AMOR-un regional təşkilatı Sizi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir! Bizim hər birimiz kimi bütün həştərxanlılar Sizə dərin hörmətlə yanaşır və Heydər Əliyev Fondunun vitse-prezidenti kimi Sizin bu qədim şəhərə göstərdiyiniz qayğıya görə daim minnətdardırlar.
Həştərxanda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunan əhəmiyyətli obyektlər Xəzərin paytaxtının görkəmini dəyişmiş və sosial gərginliyi aradan qaldırmışdır.
Həmçinin Sizə Rusiya və bizim tarixi Vətənimiz – Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin inkişafında, dostluq dənizinin sahillərində yaşayan insanların bir-birini daha yaxşı tanımasında göstərdiyiniz xidmətlərə görə təşəkkür edirik.
Səmimi qəlbdən Sizə cansağlığı, bütün işlərinizdə tükənməz enerji, ən cəsur planlarınızın həyata keçməsini arzulayırıq”.
Son xəbərlər
Son Xəbərlər