Xəbər verdiyimiz kimi, “Rossiya-1” telekanalının əslən azərbaycanlı aparıcısı Nailə Əsgər-zadə Bakıya gəlib.
“Qafqazinfo”nun məlumatına görə, o, budəfəki instaqram paylaşımında Azərbaycanın paytaxtı ilə bağlı xatirələrini bölüşüb:
“Çoxunuz bilirsiniz ki, mən Bakıda doğulmuşam. Burada uşaqlığım keçib. Xatırlayıram ki, bazar günləri anam, atam və bacımla Fəvvarələr meydanı və ya bulvarda gəzirdik, atraksiona minirdik, Xəzər mənzərəli kafedə dəmir qablarda və ya evimizin yanında stəkanlarda dondurma yeyirdik. Hətta xatırlayıram, onun qiyməti 1 “Nizami” idi (500 manat). Yayda həftəsonları Şıxova çimərliyə və ya bağ evinə gedirdik.
Xəzər Dəniz Gəmiçiliyi nəzdində olan bağçamı, 27 nömrəli məktəbimi, formamı və birinci sinifdə bir parta arxasında oturduğum rəfiqəm Fidanı xatırlayıram. “Azneft”də bədii gimnastikaya getməyimizi və dartınma hərəkətini sevmədiyimi xatırlayıram. Yeri gəlmişkən, həmin seksiyanın yerləşdiyi bina artıq yoxdur. Şəhər çox dəyişib və daha gözəl olub. Amma mən onsuz da uşaqlığımın sevimli Bakısını xatırlayıram. Və hazırda həyatda olmayan bütün doğmalarımı və yaxınlarımı xatırlayıram. Əvvəllər Bakı mənim üçün uşaq gülüşü və təbəssümü, ilklər və sevinc şəhəridi idi, indi isə xatirələr şəhərinə çevrilib, əsas yeri isə qəbiristanlıqdır. Kədərlidir, amma mən onsuz da səni sevirəm, Bakı”.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladığı vaxtdan Böyük Britaniya, Kanada və Ukrayna N. Əsgər-zadəyə qarşı sanksiyalar tətbiq edib.



Son xəbərlər
Son Xəbərlər